adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Iyul 2020 10:55
14034
DÜNYA
A- A+

Qazaxıstanda iki həftəlik karantin rejimi tətbiq olunacaq

Qazaxıstan hökuməti koronavirus pandemiyası ilə əlaqədar iyulun 5-dən etibarən ölkədə iki həftəlik karantin rejimi elan edəcək.

Adalet.az-ın məlumatına görə, bu barədə qərar ölkə hökumətinin iclasında qəbul edilib.

Qərara əsasən, karantin müddətində bir sıra obyektlər bağlanacaq, insanların hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Açıq havada 3 nəfərdən artıq qruplara icazə verilməyəcək.

Karantin rejimi müddət bitdikdən sonra uzadıla bilər.

Qeyd edək ki, Qazaxıstanda son günlərdə yoluxma sayında kəskin artm qeydə alınıb. Təkcə ötən gün 1 509 nəfər koronavirusa yoluxub. Bu günədək ölkədə yoluxanların sayı 42 mini keçib, 188 nəfər ölüb.