adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Iyul 2020 10:43
9198
GÜNDƏM
A- A+

Pandemiya dövründə Bakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb

2020-ci ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azalaraq 8 milyard 184,2 milyon manat olub.

Adalet.az-ın məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3 milyard 863,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 faiz azalaraq 4 milyard 320,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.