adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Iyul 2020 09:19
13617
DÜNYA
A- A+

Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə telefon danışığı aparıb.

Adalet.az-ın məlumatına görə, bu barədə bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, tərəflər regional problemləri, ilk növbədə Liviya və Suriyada vəziyyətin inkişafını müzakirə ediblər.

Liderlər, həmçinin yeni növ koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Söhbət zamanı ikitərəfli münasibətlərin vəziyyəti ilə bağlı məsələlərə də toxunulub.