adalet.az header logo
  • Bakı 19°C
02 Iyul 2020 09:58
8702
GÜNDƏM
A- A+

Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 29 iyun 2020-ci tarixində İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 4 saylı dolayında beş fıstıq ağacının kəsilməsi faktı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Adalet.az-ın verilən məlumata görə, faktla bağlı akt tərtib olunub və təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün İsmayıllı rayon polis şöbəsinə müraciət olunub:

"ETSN Qalıncaq kəndinin sakinlərinə, kəndin icra nümayəndəliyi və bələdiyyəsinə müraciət edir ki, meşələrə bu cür münasibət bəsləyənlərə qarşı sərt mövqe tutsunlar, biganə qalmasınlar, qınasınlar və meşələrin mühafizə olunmasında kömək göstərsinlər".