adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Iyul 2020 23:32
18741
İDMAN
A- A+

Növbəti koronavirus dalğası: ÇL-in aqibəti necə olacaq?

Çempionlar Liqasının "səkkizlər finalı”nın keçiriləcəyi Portuqaliyada koronavirus epidemiyasının növbəti dalğası başlayıb.

Qol.az xarici mediaya istinadla xəbər verir ki, Lissabonun şimalındakı bir neçə şəhərə giriş-çıxış Covid-19-a görə bağlanacaq və orada kütləvi tədbirlərin keçirilməsi qadağan olunacaq.

UEFA prezideti Aleksader Çeferin məsələ ilə "Daily Mail” nəşrinə bildirib: "Mən Portuqaliyanın baş naziri Antonio Kostaya turnirin uğurla tamamlanması üçün ölkə futbol federasiyası ilə görülən işə göstərdiyi sadiqliyə görə təşəkkür edirəm. Əminəm ki, maraqlı tərəflərin daimi əməkdaşlığı sayəsində biz mövsümü Lissabonda yekunlaşdıra biləcəyik. Ona görə də B planına gərək yoxdur”.

Xatırladaq ki, daha öncə ÇL-in finalı İstanbulda keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən UEFA bu dəfə yarışın formatında dəyişiklik etmək məcburiyyətində qalıb. Ona görə də turnirin yarışın 1/4 finalçılarının iştirakı ilə "səkkizlər finalı” formatında Lissabonda keçirilməsi qərarı alınıb (12 avqust – 23 avqust aralığında).