adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Iyul 2020 23:00
15560
İDMAN
A- A+

Koronavirusa görə qayıtmadı – Müqaviləsi ləğv edildi

Paraqvay "Olimpiya”sı hücumçusu Emmanuel Adebayorla yolları ayırıb.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. 36 yaşlı futbolçu haqda bu qərarın verilməsinə səbəb onun koronavirus pandemiyasından ehtiyatlandığı üçün Paraqvaya, komandasının düşərgəsinə qayıtmaqdan imtinası etməsi səbəb olub.

Qeyd edək ki, karyerası ərzində "Arsenal”, "Mançester Siti”, "Real”, "Tottenhem” kimi klublarda da oynamış toqulu futbolçu "Olimpiya”ya bu ilin fevralında transfer olunmuşdu.