adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Iyul 2020 22:37
15936
İDMAN
A- A+

UEFA AFFA-ya maliyyə yardımını davam etdirəcək

UEFA quruma üzv olan 55 federasiyaya maliyyə dəstəyini davam etdirəcək.

Qol.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Bildirilib ki, federasiyalara dəstək olmaq məqsədi ilə 2004-cü ildə başlayan "HatTrick" proqramının bu gün 4 illik periodu başlayıb. Buna görə 2020-2024-cü illərdə davam edəcək yardım üçün 775,5 milyon fond yaradılıb. Bu dəfəki yardımın əvvəlki illərlə müqayisədə 27 faiz artırıldığı vurğulanıb.

UEFA 2024-cü ildən isə 2,6 milyard avroluq fond ayırmağı planlaşdırılır.

Qeyd edək ki, bu vəsait Avropa çempionatlarından əldə edilən gəlirlər sayəsində formalaşır.