adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
01 Iyul 2020 17:45
55658
KRİMİNAL
A- A+

Azərbaycanda kişi qardaşını amansızlıqla qətlə yetirdi

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

APA-nınxəbərinə görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb.

Ağır xəsarətlər alan A.Vəliyev ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.