adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Heç demə, məscid yəhudilərin sözüdür – Soner Yalçın yazır

60234 | 2020-07-03 10:14

Evimdən Cümhuriyyət tarixinin ən böyüyü Çamlıca məscidiniseyr edirəm.

Boğazayaraşdığını düşünürəm. Xüsusilə məscid kompleksində bir muzey, sənətatelyesi-qalereya, kitabxana, konfrans zalının olmağı çox gözəldir ...

Gərçi məscidinbu qədər böyük – 63 min adam tutmasına gərək var idimi? Düşünürəm ki, yox idi.

Qayıdımmövzuma.

Qurani-Kərimdə"cami” yox, "ibadət yeri” mənasını verən "məscid” var (böyük qism məsaciddeyir). Yəhudilikdən – Elefantine papiruslarından gəlir. Bu qeydi yazanda beləsıxılıram. Keyfiyyətsizlik sağlam müzakirə aparmağa mane olur.

Həm də mövzucami olan kimi heç bir müzakirə etmirik. Cami memarlığından belə danışabilmirik. Məsələn, qübbənin var olmağına belə bir müqəddəslik, bir imtinaedilməzlikyükləyirik.

İslamda ilkinşa edilən məscidi evinin baxçasına Hz. Əbu Bəkr inşa etdirdi. Və zamanlaİslam dünyasının hər tərəfində bir çox məscid-cami tikildi.

Dörd xəlifəninvə Əməvilərin dövründə (rəsm tabusunu da yıxan Əbdülməlik Mərvanın tikdirdiyiQübbətüs Sahre xaric) camilərin hüç birində qübbə yox idi. Əsasən düz damörtüyü vardı. Bəs yaxşı....

Xüsusilə də bizim yaşadığımız coğrafiyada –Anadoluda camilər niyə qübbəlidir?

İslamdan əvvəlvar olan Ayasofiyanın qübbəli və minarəli quruluşumu yamsılanır? Estetol dəyəriyüksək olduğu üçünmü Ayasofiyanın memarlıq quruluşundan örnək alınır?

İzah edim:

QÜBBƏGERÇƏYİ

Qübbə (gümbət– gümbəz)...

Lüğətdə "göbək,yuvarlaq dam” kimi açıqlanır.

Qurani-Kərimdəibadət ediləcək məkanın xüsusiyyətləri tərif edilmir. Yəni günbəzli və ya minarəliolmağı şərt deyil.

Günbəz memarlığıhardan çıxdı? Günbəz müsəlmanların tapdığı İslami mahiyyəti olan birquruluşdurmu? Deyil.

İslamdançox-çox əvvəllər günbəz ibadət yerlərində istifadə olundu. Misal üçün, ilktikilən günbəzli məkanı miladdan öncə beş mininci illərdə Şumerlərin tikdiyiiddia edilir.

Bu ibadət məkanlarıniyə günbəzlidir?

Sadəcəşumerlər deyil. Çoxallahlı paqan məbədlərinin hardasa 90 faizinin günbəzliolmasını necə açıqlamaq lazımdır? Günbəz Anadoluda bərəkətin simvolu olan anatanrıçanın sinəsi deyilmi?

Bu üst örtükquruluşu Roma memarlığının təməl daşlarından biri oldu və dünyaya yayıldı.

Bizim camimemarlığı Ayasofiya kimi buradanmı bəhrələndi?

Dəyanət İşləriNazirliyi bənzətməni rədd edir. Cami günbəzlərinin "türk çadır” ənənəsinin nəticəsikimi qəbul edir.

Yaxşı, günbəzi"türk çadır”ı kimi qəbul etdik, minarəni nəyə bənzədək?

Ayasofiyanındörd minarəsi var.

İslamın ilk dövrlərindəcamilərin heç birində minarə yox idi. Minarələr cami memralığına sonradan Əməvilərdövründə əlavə olundu.

Bu gün bizimcamilər tək minarə ilə belə kifayətlənmir.

Başların buqədər qarışmasının səbəbi cəhalətdirmi?

TBMM CAMİ

Ayasofiyamüzakirələri edilərkən evimdən Çamlıca məscidini seyr edirəm.

Səlcuqlu-Osmanlıdövründə xalq Hz. Məhəmməd tərəfindən Mədinədə inşa edilən "Məscidi Nəbi”ni örnəkalaraq xudmani məhəllə məscidləri tikdirirdi (Ulu babam Mehmet Ali GürbüzünÇorum Ulukavakdakı Ölçek (Kahraman Çavuş) məscidinin necə tikdirdiyini rəhmətlikatam danışırdı).

Xalq beləidi, fəqət:

Başdapadşahlar olmaqla iqtidar sahibləri böyük və göstərişli günbəzli, çoxminarəli məscidlərtikdirmiyə səy göstərdi.

Bəli,Çamlıca məscidi Boğaza yaraşdı. Amma bunun Ayasofiyanın bənzəri olmasına gərəkvarmı idi? Rəhmətlik Vedat Dalokayın İslamabaddakı Faysal məscidi kimi birquruluş tapıla bilməzdimi? Əşşi, harda?!...

VedatDalokayın Ankara Kocatepe məscidi üçün hazırladığı "kapuk sistemi” rədd edildi.Əvəzinə Ayasofiyanın bənzəri dördminarəli, mərkəzi günbəzli məscid tikildi.

Çamlıca məscididə, Kocatepe məscidinin bənzəridir. Fərqi sadəcə, minarə sayının altı olmağıdı.Və şübhəsiz ki, görkəmli böyüklüyü.

Günbəz vəminarəsiz məscid olmayacağını qəbul etmirik. Hz. Məhəmmədin günbəzsiz və minarəsiməscidi örnək alınraq tikilən TBMM məscidini belə yıxmaq istəyirlər. İndilikminarə əlavə olunaraq məscid "müsəlman məkanı” edildi.

Ayasofiyanınməscid edilməsini müzakirə etmək əvəzinə, məscid memarlığını müzakirə etməyimizgərək deyilmi?

Hər məscidinAyasofiyanın təqlidi olması heç kimi narahat etmirmi?



Dilimizəuyğunlaşdıran: Eminquey


  • Aprel:
  • 5

TƏQVİM / ARXİV