adalet.az header logo
  • Bakı 21°C
01 Iyul 2020 10:24
75159
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BİR... İKİ...

Hər gün sənə zəngimi
Azaldıram...bir... iki...
Özüm də zəngim kimi -
Az alıram ... bir ... iki...

Nəm daş kimi çopuram
Qəlpə, qəlpə qopuram...
Qopub yerə hopuram -
Sozalıram...bir...iki...

Xəyalım lələk salır
Gözündən ələk salır!
Ruhum da bələk salır -
Söz oluram ... bir... iki...

Yolum haqqa - gorgaha...
Nə bax, nə də sor daha!
Külüm deyil , qor daha -
Toz oluram... bir...iki...