adalet.az header logo
  • Bakı 13°C
01 Iyul 2020 10:15
15346
DÜNYA
A- A+

Putin hakimiyyəti daha 16 il...

Rusiya Federasiyasında Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi keçirilir. 25 iyun tarixindən formal olaraq ölkə ərazisində koronavirusla bağlı bütün karantin tədbirləri ləğv edilib.

Konstitusiyanın ümumilikdə 46 maddəsi üzrə 206 əəlavə və dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Dövlət Duması və Fedarasiya Şurası tərəfindən qəbul edilib, prezident tərəfindən imzalanıb. Kreml üçün vacib olan əsas maddə, Vladimir Putinin prezidentlik müddətinin "sıfırlanması", rusiyalılar tərəfindən dəstək qazanmadığı üçün, Konstitusiyaya müxtəlif populist düzəliş və əlavələr edilərək, ümumi paket şəkilində səsverməyə çıxarılıb.

Konstitusiyaya təklif olunan düzəlişlərin çoxu pədələmək xarakteri daşıyır. Pensiyaların indeksasiyası, kişi və qadının kəbininin qanunla möhkəmləndirilməsi, hansısa "idealların" və "allaha inamın" suverenliyi ilə bağlı dəyişikliklər, "tarixi həqiqətlər" və s. kimi dəyişikliklər məhz əsas məsələni " prezidentlik müddətini sıfırlamaq" maddəsini pərdələmək üçündü.

Bütün bu ideoloji yukləmələr Putinə 2036-cı ilədək prezident postunda qalmaq üçün, əvvəlki prezidentlik müddətinin "sıfırlanmasına" nail olmaq məqsədi daşıyır.

"NEWSRU.COM" saytı

Ruscadan tərcümə
Rüstəm Hacıyev