adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Iyun 2020 19:19
9179
SAĞLAMLIQ
A- A+

Azərbaycanda koronavirusun mutasiysı ilə bağlı araşdırma aparılmır - RƏSMİ

Dünya mətbuatında koronavirusun mutasiya etməsi haqqında məlumatlar yer alıb. Azərbaycanda bununla bağlı araşdırma aparılmır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu məsələ ilə əlaqəli məlumatlar aparılacaq tədqiqatların mövzusudur: "Bu, yeni bir virusdur. Azərbaycanda da bununla bağlı araşdırma aparılacaq".