adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Iyun 2020 19:04
9058
SAĞLAMLIQ
A- A+

COVİD xəstəxanasındakı tullantılar xüsusi maşınlarla daşınır - TƏBİB

COVİD xəstəxanasındakı tullantılar xüsusi maşınlarla daşınır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu məsələyə gündəlik nəzarət edilir: "Cəlilabad xəstəxanasında tullantıların həyətə toplanmasına gəlincə isə bu iş yükünün çoxluğu ilə bağlı olub: "Həmin ərazi tullantılar üçün nəzərdə tutulub. İş yükündən həmin ərazidə tullantılar yığılıb. Bu məsələ nəzarətə götürülüb və bir də bu hallara yol verilməyəcək".