adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Iyun 2020 19:00
13951
SAĞLAMLIQ
A- A+

Qızdırması olan hər bir şəxs test edilir - TƏBİB

Bu gün biz xəstələrin PZR testini aparırıq və dünyada bu testlər kütləvi aparılmır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB qızdırması olan hər şəxsi test edir: "Hazırda xaricdən gələn, xəstəliyi olan və onun ətrafında olan şəxsləri test edirik. Dünyada xəstəliyi olmayan şəxsin PZR testi olunması nəzərdə tutulmayıb. Yaxın günlərdə labarator imkanlarımız artırılacaq və testlərin sayı da artırılacaq".