adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Iyun 2020 18:41
9868
SAĞLAMLIQ
A- A+

Səhiyyə Nazirliyi: Təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik

Poliklinikalar yükün bir hissəsini öz üzərinə götürdükdən sonra təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik. COVİD-19-a yoluxmuş şəxslərin evdə müalicəsi və müşahidəsinin aparılması xəstəxanaların, tibb işçilərinin üzərinə düşən yükün azaldılması məqsədi daşıyır.

Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Eldar Zeynalov deyib.

Onun sözlərinə görə, ev şəraitində müalicə işi poliklinikaların üzərinə qoyulub: "Təcili tibbi yardımın gec gəlməsi, testlərin gec bilinməsi ilə bağlı faktlar varsa da, poliklinikalar yükün bir hissəsini öz üzərinə götürdükdən sonra xəstəxanaların və təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik”.