adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Iyun 2020 16:54
24475
SİYASƏT
A- A+

Putin, Ərdoğan və Ruhani videokonfrans keçirəcək

Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani iyulun 1-də videokonfrans keçirəcək.

Adalet.az-ın məlumatına görə, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezidentlər görüş zamanı regional məsələləri, xüsusilə də Suriyadakı vəziyyəti müzakirə edəcək.

Üç ölkə rəhbəri sonuncdu dəfə 2018-ci ildə Qazaxıstanda Suriya məsələsini müzakirə etmişdi.