adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Iyun 2020 16:31
50667
ŞOU-BİZNES
A- A+

Leyla oğlu ilə istirahətdə - Fotoqraf həyat yoldaşı isə...

Tanınmış müğənni Leyla Ramazanlı vaxtı ilə müsahibələrinin birində belə bir figir söyləmişdi:” Əksər müğənnilər deyirlər ki, müğənni oldum, ailə həyatı qura bilmədim. Yaxud şəxsi həyatımda işlərim yolunda getmədi. Onlar, yəqin, bu cür sözlər deməklə öz "imiclərini" dəyişmək istəyirlər. Bu sahə elə bir müqəddəs sahədir ki, sən ancaq yeni işlər üzərində çalışmalısan. Mən müğənni olandan sonra həyatımda bir çox şeylər dəyişdi. Tamaşaçılar tərəfindən sevildim, mahnılarım dillər əzbəri oldu. Hara gedirəmsə, çox böyük hörmətlə məni qarşılayırlar. Bunlar da yəqin, müğənninin şəxsiyyətinə verilən bir hörmətdir.


O ki qaldı şəxsi həyatıma... Mən inanıram ki, vaxtı gələndə məni və sənətimi sevən birisi ilə ailə həyatı quracağam. Elə bir insan da yoxdur ki, mənə nəsə qadağalar qoysun. Təbii ki, qadağalar da qoyulsa, özüm də qəbul etmərəm. Çünki mənə yaxınlaşan insan artıq bilir ki, mən müğənniyəm. Elə bir insanla ailə həyatı qurmaq istərdim ki, sənətimdə həmişə mənə dəstək olsun. İnanıram ki, belə də olacaq.

Jurnalist:- - Amma hər dəfə siz fikirləşdiyiniz kimi də olmur...

- Olmasa da, vallah, olmayacaq (gülür). Bu problem təkcə müğənnilikdə deyil. Elə kişilər var ki, istəmirlər ki, qadınları müəllim, həkim, yəni hər hansı peşənin sahibi olsunlar. Bizim də elə müğənnilərimiz var ki, ailə həyatı qurandan sonra sənətlərini davam etdirmirlər. Bu da onların öz ailələri arasında olan anlaşmadır. Şəxsən mən ailə qurandan sonra da mütləq sənətimi, yaradıcılığımı davam etdirəcəyəm. Əgər sənətimi davam etdirməyəcəyəmsə, niyə bu qədər əziyyətlər çəkirəm? Bütün bunların hamısını gələcəyimə görə edirəm”.


Leyla xanım bu gün sosial şəbəkədə yeni fotolar paylaşıb. Bu fotolardan aydın olur ki, " Mən inanıram ki, vaxtı gələndə məni və sənətimi sevən birisi ilə ailə həyatı quracağam” fikrini deyəsən həyata kecirə bilib.

Adalet.az xəbər verir ki, istirahətdə olan müğənni oğlu Muhəmməd ilə yeni fotolarını paylaşıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotoların fotoqraf həyat yoldaşı tərəfindən cəkildiyi də anlaşılır.

Xatırladaq ki, ifaçı tanınmış fotoqraf Kamran Aydınova ərə gedib. Həmin vaxt toydan ilk görüntüləri Leyla özü paylaşmış və bu sözləri yazmışdı:"2012-2019 illər arasında çəkilən kliplərimin rejissoru, həyatımın anlamı. Həyatıma gəldiyin gündən xoşbəxtəm. Toy günümüz mübarək!"

Əntiqə RƏŞİD