adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Iyun 2020 16:14
17422
DÜNYA
A- A+

Avropa ABŞ-a qarşı

Almaniyanın kansleri Anqela Merkelin yeni reallıqların meydana gəlməsilə bağlı "Amerika Birləşmiş Ştatlarının yenidən dünya lideri olmasının qarşısının alınması üçün Avropa dövlətlərinin ciddi düşünməsi lazımdır" bəyanatından sonra, yeni liderin hansı ölkə ola biləcəyi siyasi ekspertlərin maraq dairəsinə çevrilib.

Rusiyalı siyasi ekspert, Regional Problemlər İnstitutunun baş direktoru Dmitri Juravlyovun fikitincə, bu Rusiya, Cin və ya Hindistan ola bilər. Bu barədə "Veçetnıy Moskva"ya müsahibə vetən siyasi ekspert bildirib ki, "Sadəcə olaraq 1945-ci ildən sonra Avropa ABŞ-ın lider olmağına adət edib. Hazırda isə dünya düzəni dəyişib və Birləşmış Ştatlar artıq dünyada yeganə lider deyil".

Ekspertin fikirincə ABŞ güclü orduya sahib olsada, artıq güclü iqtisadiyyata malik deyil. Juravlyov düşünür ki, Rusiya fundamental elm sahəsində böyük potensiala malikdi.

Eyni zamanda politoloq qeyd edir ki, Cin və Hindistan ABŞ -ın rəqibləri sayılır. Lakin hazırda elmi potensialları yüksək templə inkişaf etməsinə baxmayaraq, onların iqtisadiyyatının yeni inkişaf mərhələsinə nail olması üçün vacib sayılan fundamental elm sahəsi yox dərəcəsindədi.

Deyəsən dünyada "çevriliş" baş verir. Almaniya kansleri ABŞ -ın əleyhinə ciddi təhdidlərə başlayıb.Hələ ötən ilin sentyabrında Angela Merkel bəyan etmişdir ki, "ABŞ öz təhlükəsizliyinin qorunması məsələsinə baxmalıdı. "Soyuq mühatibə" illərində olduğu kimi Birləşmiş Ştatlatın təhlükəsizliyi avtomatik qorunmayacaq."

Amerikan KİV-ləri Vaşinqtonda şok yarada biləcək məlumatlar əldə ediblər. "Blomberq" xəbər agentliyi təsdiq edir ki, alman siyasi elitasında milli qürur əhvalı yüksəlir. Guya Almaniya hökuməti "Şimal acını 2" layihəsinə qarşı "cəhənnəm sanksiyaları" qəbul ediləcəyi təqdirdə ABŞ-a qarşı saksiyalar tədbiq edilməsi üçün plan hazırlayır.

Agentlik qətiyyətlə bildirir ki, "Donald Tramp "Şimal axını 2" layihəsinə qarşı təhdidlərini həqiqətən həyata keçirərək qaz kəmərinin tikintisinə qarşı sanksiyalarını gücləndirərsə, onda Almaniyada Birləşmiş Ştatlara qarşı əks hücuma keçəcək".

Almaniyanın İqtisadiyyat nazirliyinin sənədlərini araşdıran "Blomberq News" bu qənatə gəlib ki, ABŞ-ın yeni sanksiyaları nəinki, Avropanın iri şirkətlərini, hətta Almaniyanın dövlət agentliklərinə də ciddi zərbə vuracaq.

Artıq 16 iyun tarixindən Avropa Şurasının keçici "prezidendi" statusunu almış Almaniyanın ümumavropa siyasətinə yeni elementlər gətirmək imkanlarını artırır. Bundan başqa Angela Merkel hazırda elə vəziyyətdədir ki, rəsmi Vaşinqtona qarşı hər hansı zəiflik nümayiş etdirməsi, onun ölkədaxili siyasətinə ciddi zərbə vura bilər.

Donald Trampın Almaniyanın təhlükəsizliyinin qorunması üçün ABŞ-a üç trilyon dollar borcu olduğunu bəyan etməsi, vəziyyəti daha da gərginləşdirir. Avropa İttifaqının ABŞ-ın Amazon və Google kimi internet portallarının avropada qazandığı pullardan vergi tələbi irəli sürməsi Ağ Evi daha da qəzəbləndirir. Vaşinqton və Brüssel arasında dərinləşən böhran istənilən vaxt partlaya bilər.

Məhz ABŞ -la Avropa ölkələri arasında yaşanan gərginlikdən Rusiya, Cin və Hindistan kimi dövlətlər yararlanmaq, dünya liderliyini ələ keçirmək niyyətindədi. Rusiyalı siyasilərin "liderlik" ümidləri utopiya olsada, Cinin dünya lideri səviyyəsinə çıxması inandırıcı görünə bilər. Təbii ki, Birləşmiş Ştatlarıın da hazırda sıxlntılar içərisində olmasına baxmayaraq uzun illərdi qoruyub saxladığı "dünya hökmdarlığını" asanlıqla kiməsə, xüsusilə də Rusiyaya verəcəyi heç inandırıcı görünmür.

Rüstəm Hacıyev