İqtisadiyyat Nazirliyi sahibkarlar üçün yeni platforma təqdim edib - VİDEO
İqtisadiyyat Nazirliyi sahibkarlar üçün yeni platforma təqdim edib.
Trend-in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, platforma Elektron Kredit Platforması ( e-edf.gov.az) adlanır:
Qeyd edək ki, bu platforma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın I hissəsinin 6.1-ci və 6.2-ci bəndlərinin icrası məqsədilə hazırlanıb.