adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyun 2020 11:31
24191
SİYASƏT
A- A+

Deputatlar tətilə yollandılar

Milli Məclisin növbədənkənar sessiyası öz işini başa vurub.

Adalet.az-ın xəbərinə görə, bu barədə parlamentin iclasında spiker Sahibə Qafarova bildirib.

Milli Məclis sədri söyləyib ki, parlamentin növbədənkənar sessiyası zamanı səkkiz iclas keçirilib.

O qeyd edib ki, Milli Məclisin növbədənkənar iclaslarında 35 qanun və qərar qəbul olunub.

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası iyunun 1-də başlamışdı.

Növbədənkənar sessiyanın bitməsinə görə, deputatlar tətilə yollanıblar.

Qanunvericiliyə əsasən Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.

Nicat Novruzoğlu