adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Iyun 2020 11:04
66761
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BƏRABƏR

Sən ömür ortağımsan -
Günüm, ayım bərabər...
Ortaqlıqda qəm mənim -
Sevinc payım...bərabər!

Nə varsa sağda, solda
Budanan kosda, kolda...
Vüsala gedən yolda -
Oldun tayım - bərabər...

Haqqa açıq ələ də
Sev! - söyləyən dilə də..
Biz düşən bu cilidə -
Bəxt! - de, sayım bərabər...