“Qarabağ”ın 11 potensial rəqibi – Çempionlar Liqası
Yeni mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ”ın1-ci təsnifat mərhələsindəki 11 potensial rəqibi bəllidir.
21 min xalı olan Ağdam təmsilçisi səpələnmişlər səbətində olacaq. Bu da o deməkdi ki, "Köhlən atlar”ın1-ci təsnifat mərhələsindəki rəqibi aşağı reytinq xalına malik komanda olacaq.
1-ci təsnifat mərhələsində mübarizə aparacaq 34 komandada 28-i artıq bəllidir. Onlar 2 səbətə bölünəcək və hər siyahıda 17 komanda yer alacaq. Bir komanda ilkin mərhələdən bu siyahıya qoşulacaq. Orda iştirak edəcək iki klubun da adı artıq məlumdur – "Linfild” (Şimali İrlandiya) və "Tre Fiori” (San-Marino). Bu klubları da "Qarabağ” üçün potensial rəqib hesab etmək lazımdır. Çünki ilkin mərhələnin qalibi olacaq komandanın1-ci təsnifatda "səpələnməyəcəyi” artıq bəllidir.
1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində isə "Qarabağ”la yanaşı, "Seltik” (Şotlandiya), "Astana” (Qazaxıstan), "Ludoqorets” (Bolqarıstan), "Srvena Zvezda” (Serbiya), "Makkabi” (Tel-Əviv, İsrail), "Molde” (Norveç), "Şerif” (Moldova), "Ferentsvaroş” (Macarıstan), "Dandolk” (Şimali İrlandiya), "Slovan” (Bratislava, Slovakiya) və "Suduva” (Litva) klubları da yer alacaq.
Səpələnməmişlər səbətində yer alacağı və "Qarabağ”ın mümkün rəqibi olacağı dəqiqləşənlər isə bunlardır:
"Buduçnost” (Monteneqro), "Flora” (Tallin, Estoniya), "Dinamo” (Brest, Belarus), "Riqa” (Latviya), "Konnahs Kuey” (Uels), "Europa” (Cəbəllütariq), "Klaksvik” (Farer adaları), "Reykyavik” (İslandiya), , "KuPS” (Finlandiya), "Sileks” (Şimali Makedoniya), "Floriana” (Malta).
"Omonia” (Kipr), "Fola” (Lüksemburq), "Sarayevo” (Bosniya və Herseqovina), "Dinamo” (Tbilisi, Gürcüstan) və "Yurqorden”in (İsveç) hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib. (futbolpress.az)
Digər Xəbərlər
18 Aprel 2024 18:45