adalet.az header logo
  • Bakı 19°C
29 Iyun 2020 21:27
17378
DÜNYA
A- A+

İran Ali Məhkəməsi: “İnterpol” Donald Trampı həbs etməlidir”

İranAli Məhkəməsi Donald Trampı İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsinə görə "İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsini tələb edir.

Xəbəri İranın "Mehr” agentliyi yayıb.

"Qasım Süleymaninin öldürülməsində ABŞ hərbçiləri və siyasi xadimləri də daxil olmaqla, 36 nəfərin iştirakı təsbit olunub”, - deyə Tehran prokuroru Əli Mehr bildirib.

Ə.Mehr bildirib ki, iranlı generalın ölümündə əli olan şəxslər "qətl törədilməsi” və "terrorçuluqda” ittiham olunur, ABŞ Prezidenti Donald Trampın adı isə bu siyahıda birincidir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad Hava limanı yaxınlığında raket hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani öldürülüb.