adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
29 Iyun 2020 19:33
16135
MƏMLƏKƏT
A- A+

DYP: Cərimələr bu şəxslərə görə artırıldı

Hər kəs başa düşməlidir ki, cərimə məbləğlərinin artırılması milli sağlamlığın qorunması naminə atılan addımdır.

Axar.azxəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "ATV Qərargah” proqramında deyib.

"Hər halda 50 manatla 100 manat arasında kifayət qədər çox fərq var. Elə insanlar var ki, nə özünün, nə də ətrafının sağlamlığını düşünür. Belə insanlarla mübarizə aparmağın tək yolu cərimə məbləğlərinin artırılmasıdır. İstənilən sahədə inzibati məsuliyyətin gücləndirilməsi qayda pozuntularının azalmasına təsir edir. Maskalardan istifadə etməyən insanlar üçün cərimə məbləğlərinin artırılması hələ ki qüvvəyə minməyib, lakin artıq Milli Məclisdə məsələyə baxılıb. İnzibati məsuliyyətin gücləndirilməsi insanların özlərini qoruması baxımdan zəruri idi”, - o qeyd edib.