adalet.az header logo
  • Bakı 19°C
29 Iyun 2020 17:54
20129
DÜNYA
A- A+

Finlandiyada teatrda partlayış olub

Finlandiyanın paytaxtı Helsinkidə teatr binasında partlayış baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, partlayış yanğından mühafizə sisteminin yerləşdiyi otaqda təmir işləri zamanı baş verib.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.