adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Iyun 2020 17:18
11397
MƏMLƏKƏT
A- A+

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır

Bakı-Sumqayıt elektrik qatarlarının qrafikində müvəqqəti dəyişiklik edilib

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, sərnişin sayının azalması ilə əlaqədar 30 iyun 2020-ci il tarixdən etibarən aşağıdakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır:

- Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı

- Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı

- Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı qatarı

- Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarı