adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Iyun 2020 15:21
18311
SİYASƏT
A- A+

Milli Şuradan etiraf: “İşimiz hökuməti şərləməkdir”

Milli Şura adlı radikal qrup üzvlərinin yeni videogörüntüləri yayılıb.

Marginalları ifşa edən növbəti video sosial şəbəkələrdə paylaşılıb.

MŞ-nın "Zoom konfransı"na qatılan Vahid Məhərrəmli gündəmə gəlmək üçün təklif verib: "Bekarçılıqdır, tema da yoxdur. Gəlin, biz hökumətdən karantinə görə 500 manat tələb edək, nəyə görə tələb edək, bilirik ki, onsuz verməyəcəklər. Amma biz bunu görüntü üçün də olsa deməliyik, xalq da görməlidir ki, biz bu xalqın qayğısını çəkirik, qeydinə qalırıq".

Onun təxribatçı təklifinə reaksiyalar müxtəlif olub.

Milli Şuranın üzvü, eləcə də AXCP sədri Əli Kərimlinin ən yaxın adamı hesab olunan Qənimət Zahid isə sonda etiraf edib ki, onların işi hökuməti şərləməkdən ibarətdir.