adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyun 2020 15:13
11009
MƏMLƏKƏT
A- A+

Səxavət Məmməd: Koronavirus bir çox bəlalarımızı arxa plana atıb

Koronavirus bir çox bəlalarımızı arxa plana atıb. Neftçaladan aldığım xəbərlər, fotolar orada sözün əsl mənasında insanlıq dramının yaşandığını göstərir. Hazırda bölgədə ekoloji fəlakət baş verir.

Məsələ ilə bağlı bir neçə araşdırma oxudum, alimlərin rəyi ilə tanış oldum. İllərdi bu fəlakətin gəldiyini bar-bar bağırıblar, açıq desək, vecinə alan olmayıb.

İri buynuzlu heyvanlar susuzluqdan tələf olur, insanlar su növbələrində gözləməli olur.
Baş verənləri təbiətin üzərinə yıxmaq axmaqlıq olar. Bu işdə insan barmağı, daha dəqiq desək gözü doymayan məmur(ların) əli var. Rəsmən çapıb-taladılar, dambalar qurdular, düzgün suvarma sistemi qurmaq yerinə, Kürdü deyib, Kürün anasını ağlatdılar.

Məsələyə göz yumduqca, hərəkət etmədikcə Xəzər suyu Kürü işğal edə-edə irəliləyir.

Anladıq, koronavirusla mübarizə aparırsınız, bu o demək deyil axı baş verənlərə seyirci qalasınız.