adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
29 Iyun 2020 14:55
22940
DÜNYA
A- A+

Belçikadan yeni qərar: Hicaba icazə

Belçikada dövlət orqanlarında işləyən müsəlman qadınların hicab taxmasına icazə verilməsi planlaşdırılır.

Molenbeek bələdiyyəsində "Yaşıllar” partiyası və "İslamofobiyaya qarşı kollektiv”i tərəfindən hazırlanan nizamnamədə iş yerlərində yaş, cins, mədəni durum, doğum yeri, sərvət, inanc və ya fəlsəfi inanış, siyasi seçim, dil, indiki və ya gələcəkdəki sağlamlıq vəziyyəti, fiziki və ya genetik xüsusiyyətlərin əngəl yaratmamağı barədə yazılıb.

Bu təklif Molenbeekdə siyasi müzakirələrə yol açıb və keçən il bələdiyyə məclisinin iclasında hicablı bir qadının işə götürülməməyi ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib.

Müxaliflər isə bu təklifi sadəcə, səs almaq üçün edilən bir həmlə olaraq dəyərləndirir.

Bələdiyyə başçısı Catherine Moureaux isə bununla bağlı danışmayacağını deyib.

"Şəhərim üçün nə lazımdırsa, onu da edəcəyəm”.

Mütəxəssislər çoxluğun bu təklifi qəbul edəcəyinə inanır və bu təklifin sentyabr ayında təsdiqlənəcəyini düşünürlər.