adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Iyun 2020 10:03
31747
SİYASƏT
A- A+

ANJELİNA COLİ O MÜRACİƏTİ OXUYACAQ, YOXSA YOX?!

Qarabağ icması dünyaca ünlü aktrisa və xoşməramlı səfir Anjelina Coliyə müraciət ünvanlayaraq Azərbaycana dəvət ediblər ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində yurdları-yuvaları dağılmış, şəhər və kəndləri viran olmuş 1 milyon qaçqın və köçkünün taleyi ilə yaxından tanış olsun.

Biz də dəstəkləyirik! Amma bir məsələ var, müraciət bir az konkret olmalıdı. Amma xanıma göndərilən müraciət o qədər uzun və yorucu idi ki, bu ağrıları yaşayan mən, axıradək oxumağa hövsələm çatmadı. Onda ki Anjelina Coli ola. Onun hövsələsi çatacaqmı?!