adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Iyun 2020 14:17
76785
MARAQLI
A- A+

Bu portretdə Fateh Sultan Mehmetin qarşısında duran kimdir?

İstanbul Böyükşəhər Bələdiyyəsi Londonda hərraca çıxan Fateh Sultan Mehmetin portretini 770 min sterlinqə (təxminən 1 milyon dollar) almış, Fatehin dövründən qalma 3 tablodan birini İstanbula gətirmişdi.

Bellininin əsəri olduğu düşünülən portretdə Fatehin qarşısında duran adamla bağlı iki fərziyə irəli sürülmüşdü. Birincisi o adamın Fatehin 3 oğlundan biri olduğu, ikincisi isə avropalı bir diplomat olduğu.

Professor doktor İlbər Ortaylı Centl Bellininin əsəri olan Fateh Sultan Mehmetin portretində Fatehin yanında dayanan adam haqqında açıqlama verib. Fatehin qarşısındakı adamın oğlu Cem Sultan olduğunu deyən Ortaylı Fateh Sultan Mehmetin "Cem Sultan”ı sevdiyini və bacarıqları mövzusunda özünə yaxın bildiyini vurğulayıb.

Bellininin ən önəmli rəsmlərindən sayılan və kətan üzərində yağlı boya ilə çəkilmiş portretin eni 33,4, uzunluğu isə 45,4 santimetrdir. Tablonun sağ alt küncündə latın hərfləri ilə qeyd olunan tarix isə 25 noyabr 1480-ci ildir.

Fateh Sultan Mehmet isə 1429-1507-ci illər arası yaşayan rəssam Bellinini 1479-cu ildə İstanbula dəvət etmiş, rəsmini çəkməyinə icazə verməmişdən qabaq onun bacarığından əmin olmaq üçün saraydakı müxtəlif adamların rəsmlərini çəkdirmişdi.

Fateh italiyan rəssamın qabiliyyətindən əmin olduqdan sonra öz portretini çəkməyə icazə vermişdi.