adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Iyun 2020 14:02
51944
ŞOU-BİZNES
A- A+

Səidə Sultan depresiyaya düşdü, ağladı…

Müğənni Səidə Sultan instaqram hesabında canlı yayımda olub. Adalet.az xəbər verir ki, canlı yayım zamanı müğənni koronavirusdan danışaraq ağlayıb.

Depressiyaya düşən sənətçi koronavirusun tez bir zamanda bitməsini arzulayıb:

" Əlimdən heç nə gəlmir. Pulu qoyuram kənara, özüm əziyyət çəkirəm. Niyə belə olmalıdır? Virusun bitməyini istəyirəm, başqa heç nə! Telefonu açanda virus söhbətlərini görmək istəmirəm. Mənim kimi minlərlə insan var ki, bu cür xəbərləri oxumaq istəmir.

Bilmirəm ki, sonumuz necə olacaq. Əcəlin insanı harada tutacağını bilmirik. Ölümdən qorxmuram. Ölümün özü gözəl hissdir, onu yaşamaq lazımdır”,-deyə ifaçı qeyd edib.

Qeyd edək ki, Səidə Sultan bir dəfə də ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olarkən də ağlamışdı.

Səidə Sultan anasından danışarkən göz yaşlarını saxlaya bilmədi: "Anam mənim həm anamdır, həm atamdır. Allah mənim ömrümdən alıb ona versin. Anam zəhmətkeş qadındır".

Əntiqə Rəşid