adalet.az header logo
  • Bakı 20°C
29 Iyun 2020 13:36
8721
GÜNDƏM
A- A+

Macarıstandakı vətəndaşlarımıza yazığınız gəlsin

Macaristandakı vətəndaşlarımız "Müraciət” ünvanlamaq ücün Budapəşt şəhərində ki, Azərbaycan Evinə yığışdılar.

Korona virusun törətdiyi dəhşət Macaristanda da bir cox azərbaycanlilarimizin düz 4 aydir ki, öz ailələrinə govuşmağina imkan vermir. Burada hətta, ailəli olan qadin vətəndaşlarimiz da var. Bu doğrudan da dözülməz bir haldir. Hətta anasi rəhmətə gedən qadin vətəndaşimizin əhvali dəfələrlə pisləşmiş və biz onu həkimə aparmaq məcburiyyətində qalmişiq.

Budapəşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evi korona virus baş verən gündən müraciət edən bütün vətəndaşlarimizin hər bir dərdinə şərik cixmiş və onlara vacib lazimi köməklikləri göstərmişdir. Onlarin coxlarinin vizalarinin artirilmasi ücün dəfələrlə Migrasiyya şöbəsinə aparmişig, cox insanlara imkanimiz daxilində ərzaq və maddi köməkliklər göztərmişik. Hətta bir coxlarini tam olarag Azərbaycan Evi öz himayədarliğina götürübdür. Bütün bu işlərdə həmişə hörmətli səfirimiz Vilayət Guliyev və səfirliyimizin bütün işciləri həmişə vətandaşlarimizin yaninda olublar. Amma, bütün bunlar hec də hər şeyi həll eləmir. İnsanlar vətəninə, doğmalarinin yanina dönmək istəyirlər. Dönmək istəyən vətəndaşlarimiz arasinda 140 nəfərə yaxin burada təhsil alan tələbələrimiz də var.


Budapəştdən vətənimizə dönə bilməyən bir cox vətəndaşlarimiz bu gün Azərbaycan Evinə təşrif buyurdular. Belə qərara gəldilər ki, Azərbaycan Respublikasi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Fuad Muradova Müraciət ünvanlayaq. Hörmətli Fuad müəllimdən xahiş edə ki, Komitənin və ya Dövlətimizin köməkliyi nəticəsində vətəndaşlarimizin tezliklə vətənimizə dönməyinə yardimci olsun.


Vətəndaşlarımız çay süfrəsi arxasında bir- birləri ilə söhbətləşdilər və fikir mübadiləsi etdilər. Əlbəttə ki, hər bir çıxılmaz vəziyyətdən geci – tezi bir çıxış yolu da var. Ümüd edirik ki, hörmətli Fuad müəllim vətəndaşlarımızın bu müraciətini lazimi ünvanlara çatdıracaq və tezliklə vətəndaşlarımız doğma vətəniməzə dönə biləcəklər.


Ramiz Əmirli,
Macaristan Azərbaycan Evi