adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Iyun 2020 13:00
37024
GÜNDƏM
A- A+

Mayis Əlizadə: Demirelin çıxardığı bütün hoqqabazlıqlara baxmayaraq...

Azərbaycan milli ordusunu quran general budur.Sülo Demirelin çıxardığı bütün hoqqabazlıqlara baxmayaraq.Türkiyə hərbi-hava qüvvələri kəşfiyyat idarəsinin keçmiş rəisi,istefada olan general-leytenant Yaşar Demirbulak Paşamla 8 ay birgə işləmək şərəfimə şərəf qatıb.

1992-ci ilin iyununda Bakıya gələndə plan bundan ibarət idi: 4-6 ayda 10-12 min nəfərlik nizami ordu qurulacaq,separatçıların olduğu bütün bölgələrdə hərbi-hava əməliyyatı başlayacaq,ən öndə gedən təyyarədə YaşarPaşam özü oturacaq,sonra quru qüvvələri əməliyyata başlayacaq,1 həftədə sərhədə çıxılıb 20 kilometr o tərəfə keçiləcək.danışıqlar masasında o 20 kilometrdən geri çəkiləcək və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdi.İşi 6 ay Sülo Demirel yubatdı.Türk ordusunun 10-12 min nəfərdən ibarət surəti 1993-cü ilin mayında hazır idi.Xarici işlər naziri mərhum Tofiq Qasımovun sayəsində iyunun 15-dən Kəlbəcər qeydsiz-şərtsiz boşaldılacaq,ondan sonra Azərbaycan ordusunun cəbhə boyu geniş miqyaslı hücumu başlayacaqdı.Bari,heç olmasa,indi Qarabağın əldən getməsi səbəbini anlayın.Gözümün qabağında olan şeylərin hamısını yazıb saxlamışam,Yaşar Paşamın mənə vəsiyyət kimi dediyi sirləri də.Dünyada Azərbaycan xalqı kimi saf və təmiz qəlbli,aldadılmağa uyğun xalq yoxdur.Yaşar Paşamın və Tofiq Qasımovun əziz xatirələri önündə bir daha baş əyir,fotoları göndərən Ceyhun Nəbi dostuma-qardaşıma minnətdarlığımı bilidirirəm.Ulu babaları İrəvanın lap yaxınlığındakı Dəmirbulaq kəndindən Karsa köçən bu şanlı Türk generalıyla bir vaxtlar Azərbaycanın müdafiə naziri olmuş Məmmədrəfi Məmmədovun fotolarını müqayisə edərsiniz...