adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Iyun 2020 09:59
42489
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: YUXUSUZLUĞUN ŞEİRİ























Mən səhəri göy üzündə açmışam
Ulduzları saya, saya baxışla...
Hörüyünə bir bənövşə taxmışam -
Yuxudaydın... oyatmadım.. bağışla...

Özüm sanki, üzülmüş bir yarpağam
Duman qoymur sənə tərəf yar, baxam...
Nə əlim var, nə əlində yar , yaxam -
Seçəcəksən məni hansı naxışla?..

Məhəbbətdi ruhum - özəl mənbəyim
Təbiidi yana-yana sönməyim...
Qadağandı ürəyinə dönməyim -
Dönəcəyəm kipriyinə yağışla...