adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Iyun 2020 09:46
17969
DÜNYA
A- A+

Çində sutkada daha 24 yoluxma faktı aşkarlanıb

Ötən sutka ərzində Çində 24 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 17-si aktiv koronavirus xəstəsi və yeddisi asemptomatik daşıyıcıdır.

Adalet.az-ın məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi bildirib.

Ötən sutka ərzində 33 yeni koronavirusa yoluxma faktı aşkar edilib ki, bunlardan 21-i aktiv, 12-si asemptomatikdir. Aktiv xəstələrdən 17-si yerli (hamısı Pekində), dördü isə xaricdən getiriləndir.

Ötən ilin dekabr ayından bəri Çində 4 634 nəfər koronavirusun qurbanı oldu, 83,5 min aktiv infeksiya hadisəsi qeydə alınıb, onlardan 1 902 nəfəri xaricdən gətirilib.