adalet.az header logo
  • Bakı 13°C
27 Iyun 2020 23:30
20926
İDMAN
A- A+

Azərbaycanlı hücumçu Latviyada qol hesabını açdı - VİDEO

Futbol üzrə Latviya çempionatında üçüncü turun oyunları keçirilib.

Oxu.Azxəbər verir ki, azərbaycanlı forvard Vüqar Əsgərovun formasını geyindiyi "Dauqavpils” klubu növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə "Tukums 2000” komandası ilə qarşılaşıb. "Dauqavpils” bu oyundan qələbə böyük hesablı qələbə ilə ayrılıb – 6:0.

Vüqar da bu oyunun iştirakçısı olub. Millimizin sabiq forvardı ikinci hissənin əvvəlində meydançaya çıxıb. O, 66-cı dəqiqədə dirəkdən qayıdan topu boş qapıya göndərməklə cari mövsümdə qol hesabını açıb.

Qeyd edək ki, üç turdan sonra üç xalı olan "Dauqavpils” turnir cədvəlində 10 kollektiv arasında altıncı sıradadır.