adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Iyun 2020 23:00
10807
SAĞLAMLIQ
A- A+

Xəstəliklərin inkişafının qarşısını almaq mümkün olacaq

Yaponiya alimləri bir sıra xəstəlikləribaşlamasından üç il əvvəl proqnozlaşdırmağın yollarını öyrəniblər.

Bu barədə "Kyodo” agentliyi xəbər yayıb.

Hirosaki və Kioto universitetlərinin mütəxəssisləri təxminən 20 xəstəliyin, xüsusən diabet, demensiya, arteroskleroz, hipertoniya, xroniki böyrək çatışmazlığı, osteoporoz, piylənmə, ürək-damar çatışmazlığı və digərlərinin inkişaf ehtimalını dəqiq müəyyənləşdirmək üçün metod hazırlayıblar.

Onlar süni intellektdən istifadə edərək, insanın tibbi göstəricilərini 20 kateqoriyadatəhlil edən sistem yaradıblar.

Burada insanın fiziki vəziyyəti, genetikası, həyat tərzi və pis vərdişləri haqqında məlumatlarnəzərə alınır. Sistem təxminən 20 min insanın məlumatları əsasında ərsəyə gətirilib.

Alimlərin fikrincə, onların metodu əvvəlcədən müəyyən addımlar ataraq, həyat tərzini dəyişdirməklə xəstəliklərin inkişafının qarşısını alacaq.