adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Iyun 2020 21:47
15948
HADİSƏ
A- A+

16 yaşlı məşhur “Tik-Tok” ulduzu öldü

Hindistanda 16 yaşlı məşhur "Tik-Tok” bloqeri Siya Kakkar ölüb.

CNN xəbər verir ki, yeniyetmə qızın sosial şəbəkədə ikimilyondan çox izləyicisi olub.

Siyanın ölüm xəbərini onun meneceri Arcuna Sarina verib. Qəfil ölümün səbəbi açıqlanmayıb.

S.Kakkar qısa komediya səhnələri və populyar memləri ilə məşhurluq qazanıb. 2016-cı ildə o vaxt cəmi 12 yaşı olan qızın videoçarxları 120 milyondan çox izlənmə sayı toplayıb.