adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Iyun 2020 21:39
22728
İDMAN
A- A+

Misir klubları ölkə çempionatında iştirakdan imtina etdi

Misirin "Zamalek” futbol klubunun prezidenti Mortad Mənsur ölkə çempionatının oyunlarındaiştirakdan imtina edəcəklərini bildirib.

Bundan əlavə, Misirin "İsmaili” və "Əl-Məsri” futbol klublarının rəhbərliyi də oxşar açıqlama ilə çıxış edib.

"Kingfut” nəşri xəbər verir ki, "Zamalek”, "İsmaili” və "Əl-Məsri”nin belə qərar verməsinə ölkədəki koronavirus pandemiyası səbəb olub.

Qeyd edək ki, ölkənin İdman naziri Əşraf Söbhinin sözlərinə görə, iyulun 25-dən etibarən futbol üzrə Misir Liqasının oyunları bərpa edilməlidir.