“Facebook” nifrət və ayrı-seçkilik məzmunlu reklamlar barədə ölçü götürəcək
"Facebook” sosial şəbəkəsinin qurucusu və rəhbəri Mark Zukerberq reklamlarda nifrət ifadə edən məzmuna qadağa qoyulacağını elan edib.
"RİA Novosti” xəbər verir ki, M.Zukerberq bu barədə "Facebook” hesabında məlumat yayıb.
Dünyanın ən böyük sosial şəbəkələrindən birinə rəhbərlik edən iş adamı reklamlarda irqi, etnik, milli, dini, cinsi oriyentasiya zəminində olan reklamlara, habelə başqalarının təhlükəsizliyinə, sağlamlığına və varlığına təhdid yaradan reklam və reklam məzmunlu paylaşımlar barədə ciddi ölçü götürüləcəyini qeyd edib.
M.Zukerberq miqrantları, qaçqınları və sığınacaq axtaran insanların digər qruplar tərəfindən sıxışdırılmasına qarşı fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.
Digər Xəbərlər
23 Aprel 2024 19:13
“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər
23 Aprel 2024 16:15Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
22 Aprel 2024 18:05Hacı Şahinin "Youtube" kanalı geri qaytarıldı
20 Aprel 2024 17:57"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17 Aprel 2024 21:00