adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyun 2020 19:00
18029
SİYASƏT
A- A+

Rusiya və Türkiyə turizmin, aviareyslərin bərpasını müzakirə edir

Rusiya və Türkiyə arasında turizm axınının və aviareyslərin bərpası ilə bağlı müzakirələr gedir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov deyib.

Səfir bildirib ki, bu məsələlər tərəflər arasında daim gündəmdə saxlanılır. Onun sözlərinə görə, bu günədək hava limanları, hotellər və digər turizm obyektlərində təhlükəsizlik baxımından çox işlər görülüb.

Qeyd edək ki, bir müddət əvvəl hər iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutmuş, regional məsələlərlə yanaşı, turizmin bərpası da müzakirə olunmuşdu.