adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Iyun 2020 16:00
14039
GÜNDƏM
A- A+

Kamil Zeynallının səkkiz yaşlı qızı yenə maşın sürdü, benzini bitib yolda qaldı - VİDEO

Fitnes məşqçisi Kamil Zeynallı səkkizyaşlı qızı Sahilə ilə yenə maşın sürüb.

Oxu.Azxəbər verir ki, yenə Sahilə sükan arxasına keçib.

Lakin ata-bala maşın sürərkən benzin bitib. Nəticədə onlar maşını xüsusi kəmərlə digər avtomobilin arxasına bağlayıb, aparmalı olublar.

Qeyd edək ki, bundan əvvəl də Kamilin qızı Sahilə karantin rejimi günlərini əyləncəli keçirmək üçün getdiyi rayonlardan birində avtomobilin sükanı arxasına keçmişdi.

Xatırladaq ki, 18 yaşına çatmamış və sürücülük vəsiqəsi olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsi qanunla qadağandır. Paylaşılan videogörüntülərdə yol hərəkəti qaydaları kobud şəkildə pozulur.