Azərbaycanda daha səkkiz tibb işçisi koronavirusa yoluxdu - AÇIQLAMA
"Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının səkkiz tibb işçisində koronavirusa görə edilən testlər müsbət çıxıb”.
BunuOxu.Az-a açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.
O qeyd edib ki, koronavirusa yoluxan əməkdaşlardan evdə və xəstəxanada müalicə alanlar var:
"Xəstəxananın reanimasiya şöbəsinin müdiri Sərvan Hacıyev Bakıda xəstəxanada müalicə alır. Hərdən xəbər yayırlar ki, süni tənəffüsaparatına qoşulub, amma bu, düzgün məlumat deyil. Vəziyyəti stabildir”.
Həkim qeyd edib ki, Sumqayıtda 500 şəxsin koronavirusa yoluxması ilə bağlı məlumat yoxdur:
"Sayı deyə bilmərəm, amma xəstəlik var. Bütün dünyada belədir. Təcili yardım xəstəxanasına müraciət edən xəstələr arasında şübhəlilər olduqda test edilir”.
Digər Xəbərlər
20 Aprel 2024 10:36
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
18 Aprel 2024 10:58Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24