Koronavirus infeksiyasına yeni simptomlar əlavə olunub
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirus infeksiyasının simptomları siyahısını genişləndirib.
Adalet.az-ın məlumatına görə, mütəxəssislər simptomlar sırasına burun tutulması, zökəm, ürəkbulanma və ishal əlavə edib.
Bundan əvvəl koronavirus simptomları arasında yüksək temperatur, öskürək və nəfəs darlığı yer alırdı. Daha sonra bu simptomlara boğaz ağrısı, titrətmə, əzələ ağrısı, dad və iy bilmənin itməsi əlavə olunmuşdu.
Qeyd edək ki, bu günədək dünyada 9,7 milyondan çox şəxs koronavirusa yoluxub, ölənlərin sayı isə 492 min nəfəri keçib.
Digər Xəbərlər
27 Mart 2024 13:15
Lerikdə 3 ailənin 11 üzvü qidadan zəhərləndi
27 Mart 2024 11:19Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib - RƏSMİ
27 Mart 2024 09:55Xərçəngə tutulma riskini azaldan qida
26 Mart 2024 09:00Təhlükəsiz sayılan pəhrizin bilinməyən fəsadları
24 Mart 2024 13:11