adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Iyun 2020 13:20
66988
KRİMİNAL
A- A+

İsmayıllıda 600 kiloqramdan artıq narkotik vasitə məhv edildi - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Bununla bağlı Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Şəki regional qrupuməlumat yayıb.

Bildirilib ki, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Cülyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 600 kiloqramdan artıqolan 522 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.