adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Iyun 2020 13:17
18173
SİYASƏT
A- A+

Azərbaycan vətəndaşları Hindistandan təxliyyə olundu

Gürcüstandan daha beş Azərbaycan vətəndaşı Vətənə təxliyyə olunur.

Bu barədə Report-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Həmin şəxslər Tbilisiyə Hindistandan aviareyslə gəliblər. Səfirlik əməkdaşları onları hava limanında qarşılayıb. Hazırda Azərbaycan vətəndaşları xüsusi ayrılmış mikroavtobus vasitəsilə "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.

Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslər TƏBİB tərəfindən karantinə alınacaq.