adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyun 2020 22:35
84214
TEXNOLOGİYA
A- A+

“E-Təbib” koronavirusun yayılmasını azaltmağa kömək edir - VİDEO

"E-Təbib” mobil tətbiqinə qoşularaq, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhfənizi verə bilərsiniz!”
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) verilən məlumatda bildirilir ki, "E-Təbib”koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiqdir:
"E-Təbib” "bluetooth” texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə
əlaqə qurur.
Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər!
Tətbiqin köməyilə bir toxunuşla Koronavirus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin, müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür".
TƏBİB tətbiqə necə qoşulma barədə də əlavə məlumat verib:
- Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz;
- İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi "Play Market” və ya "AppStore” vasitəsilə "Tabib” və ya "E-Təbib” yazaraq smartfonunuza endirin;
- Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin;
- SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin;
- Bluetooth qurğusunu işə salın;
Qeyd edilir ki, "E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.