adalet.az header logo
  • Bakı 20°C
25 Iyun 2020 17:53
11370
SAĞLAMLIQ
A- A+

Bir müddət özümüzü yaxınlarımızdan da təcrid etməliyik - Yaqut Qarayeva

Fevralın sonundan biz xaricdən ölkəyə virusun gəlməsinin qarşısını aldıq.

Bunu bu gün Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bunun üçün sərhədlərimiz nəzarətə götürüldü: "Amma virus ölkəyə daxil olandan sonra başladı yayılmağa. Burda görüləcək tədbirlər cəmiyyətdən asılıdır. Avropa ölkələrində bu xəstəkik yayılanda biz bunun qarşısını sərhədləri nəzarətə götürməklə ala bildik. Amma ölkədə vətəndaşlar qaydalara riayət etmədiyi üçün xəstəlik yayıldı.

Bu virusun yaşaması üçün insana ehtiyacı var. Yəni virus insandan insana yayılır. Biz bir müddət özümüzü hətta yaxınlarımızdan təcrid etməliyik".