adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyun 2020 22:00
12691
SAĞLAMLIQ
A- A+

Koronavirus xəstələrinin ən çox buna ehtiyacı var - ÜST

Bir çox ölkə oksigen təminatı məsələsində problemlər yaşayır.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, gündə, orta hesabla, 88 min böyük ölçüdə oksigen balonuna ehtiyac var, amma bu tələb bir çox ölkədə qarşılanmır: "Biz 14 min balon oksigen almışıq və gələn həftə bunları 120 ölkəyə paylayacağıq. Maddi dəyəri 100 milyon dollar olan 170 min oksigen balonunu da növbəti 6 ay ərzində göndərə biləcəyik".

Koronavirusa qlobal yoluxma sayının hər həftə 1 milyon artdığını qeyd edən baş direktor bu həftənin sonunda rəqəmlərin 10 milyona yaxınlaşmasını gözlədiklərini dilə gətirib.

publika.az